Suallarınız var?

+994 070 2886443 Email: aiseducation@aisinter.com

ABŞ-AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI


ABŞ ərazisində çoxlu sayda dünya şöhrətli və ən inkişaf etmiş universitetlər yerləşir.ABŞ universitetləri bütün dünyada öz keyfiyyətli təhsilinə və yüksək tədris şəraitinə görə tanınır.ABŞ universitetlərindən ən tanınmışları:Harvard Universiteti,Kolumbiya Universiteti,Çikaqo Universiteti,Miçiqan Universitetidir.

Burada hər kəsə sərbəst inkişaf şansı verildiyi üçün bütün insanların arzusu Amerikada öz imkanlarını daha da genişləndirməkdir. Elmi tərəqqinin vətəni sayılan Amerika bir çox elmi sahələri ilə məşhurdur. Hər kəsə məlumdur ki, Amerikanın universitetləri bütün proqramlar üzrə dünya reytinqinə rəhbərlik edir. Amerikanın təhsil sistemi özünəməxsus keyfiyyətləri ilə seçilir.

Tarixi səbəblərə görə (Konstitusiyada təhsildən bəhs edilmir, buna görə də təhsilin ştatlar tərəfindən idarə edilməsi nəzərdə tutulur) ABŞ-da təhsil məktəbləri üçün ciddi federal standartlar qoyulmayıb. Ali təhsil müəssisələrinin qeydiyyatı ilə ştatları idarə edən xüsusi təşkilatlar məşğul olur.

Bu gün çox sürətlə qloballaşan dünyada hər şey həqiqətən də tez dəyişir. Gördükllərimizi və qlobal şəkildə rəqabət aparmağın əsas yolu qlobal təhsil almaqdır. Gənc AKİ İNTER tələbəsi kimi sizi dünya da baş verən proseslərin iştirakçısına çevrilməsinə hazırlayaraq bilik, bacarıq və anlayış əldə edəcəksiniz. Siz hər gün yaşadığınız ölkənin mədəniyyəti, danışdığınız İngilis dilinin mədəniyyəti, musiqi, ədəbiyyat, din, ticarət və siyasət haqqında yeni bir şey öyrənəcəksiniz.

Əgər Birləşmiş Ştatlarda bir il və ya bir semestr yaşamaq və müxtəlif mədəniyyətləri öyrənmək sizdə bir növ şübhə yaradırsa, onda AKİ İNTER - lə xaricə getməyə tələsin. Siz yeni dostlar əldə edəcksiniz və ABŞ-da yeniyetmələrin həyatı ilə maraqlana biləcək, məktəblərdə təhsil alacaqsınız.

ABŞ dünya iqtisadiyyatında olduqca mühüm rol oynayır. Xarici kapital qoyuluşuna görə ABŞ bütün dünya ölkələrini ötüb keçmişdir. Onun dünya səhnəsinə fəal daxil olması 20-ci əsrin əvvəllərinə aid edilir. Ölkənin iqtisadiyyatının sürətlə inkişaf etməsinə aşağıdakı amillər təsir etmişdir.

  • — Ölkənin geniş ərazilərində feodal mülkiyyətlərinin olmaması və boş torpaqların fermerlərə paylanması
  • — Böyük daxili bazar
  • — Avropa ölkələrindən əhalinin və kapitalın axıb gəlməsi
  • — Təbii resursların zənginliyi
  • — Fəhlə qüvvəsinin çatışmazlığı və bahalığı nəticəsində texnikanın sürətli inkişafı
  • — Dəmir yollarının tikintisi və su yollarının istifadəsi (xüsusilə Eri kanal qurğusunun böyük rolu olmuşdur)
  • — Coğrafi mövqeyinin əlverişliyi
  • — 20-ci əsrin əvvəllərindən ölkədə beyin axını siyasətinin aparılması

Ölkənin müasir iqtisadiyyatının coğrafi mənzərəsi iqtisadi həyatın kənar (okeansahili və ya göllər sahili) bölgələrdə təmərküzləşməsi ilə səciyyələnir. Formalaşmış üç meqapolisin daxilində ölkənin bütün sənaye məhsullarının 60%-i istehsal edilir. Ölkədə ən iri sənaye mərkəzi Kaliforniya ştatıdır. Kaliforniya ştatını adətən "dövlət daxilində dövlət" adlandırırlar. Sahəsinə görə bu ştat Yaponiyadan və Avropanın başlıca İnkişaf etmiş ölkələrindən (Fransa istisna olmaqla) daha böyükdür. İstehsal həcminə görə bu "dövlət" dünyada yalnız ABŞ-ın qalan ərazisindən, Yaponiya, Çin, Almaniya, Fransa və Böyük Britaniyadan geri qalır. Kaliforniya həm ölkənin hərbi sənayesinin başlıca bazasıdır, həm də ölkənin ixracatında birinci yeri tutur. ABŞ-da onlarla sənaye rayonları vardır. Onlardan ən iriləri Nyu-York, Los-Anceles və Çikaqodur. Məsələn, Nyu-York rayonu sənaye məhsullarının istehsal gücünə görə Kanadadan yaxud Afrikadan (CAR-ı çıxmaq şərtilə) daha üstündür.