Suallarınız var?

+994 070 2886443 Email: aiseducation@aisinter.com

AVROPA BİRLİYİ ÖLKƏLƏRİNDƏ ALİ TƏHSİLƏ YİYƏLƏN!

ALMANİYADA ALİ TƏHSİL

Ümumilikdə təhsildə Bakalavr pilləsi dedikdə bir sıra ölkələrdə ali təhsilin ilkin hissəsi nəzərdə tutulur. Lakin Bakalavr əslində Bologna sistemini qəbul etmiş universitetlərdə ilkin təhsilə verilən addır. Adıgedən universitetlərdə ixtisasartırma isə Master pilləsi adlanır.

Bütün dünyada ABŞ və İngiltərədən sonra xarici tələbələrin ali təhsil üçün ən çox seçdikləri ölkə Almaniyadır. Bu da səbəbsiz deyildir, 421 pullu, az ödənişli və bir sıra pulsuz ali məktəbiylə Almaniya Avropanın həm texnoloji, həm də iqtisadi cəhətdən ən çox inkişaf etmiş ölkəsidir. Əsrlərdir fəaliyyət göstərən bu ali məktəblərin elmdə çatdıqları ən son nailiyyətlərdən faydalanmaq, təcrübəyə yiyələnmək imkanını bu proqram vasitəsiylə əldə edə bilərsiniz.

19-cu əsrdə və 20-ci əsrin 1-ci yaradacinda universitetlər ücün məşhul prus reformatoru Bilqəlm fon Qumboltunideal təhsil səbiyyəci əsəs koturulub(Berlin universiteti) 2-ci dünya muharibəsinə qədər bu universitenin mələbələrinə Albert Eynştein,Maks Plank və Maks Veber dərs deyub.Həmin illərdə almanlar 45 Nobel mukafatından 10-nu fizikada və 40 mukafatdan 16-nı kimyada əldə edib.

Almaniyada ali təhsil məktəblərinin növləri:

  • 1) Ümumi və Texniki Universitetlər – Ümumi Universitetlərdə əsasən teorik elmin tədrisinə fikir verilir. Bir çox fakültəyə malik universitetlər bir-birindən fərqli müxtəlif təhsil sahələrində fəaliyyət göstərirlər. Universitetlərdə fakültədən asılı olaraq həm ingilis, həm də alman dilində təhsil almaq mümkündür. Yalnız tibb və hüquq sahələrində təhsil ancaq alman dilindədir.
  • 2) Tətbiqi elmlər Universitetləri – əvvəlki adı Fachhochschule olan bu ali təhsil ocaqları son bir neçə ildə Almaniya təhsil sistemində aparılan islahatlar nəticəsində beynəlxalq Bolonya sisteminə keçərək, ümumi universitetlərdən fərqli olaraq praktikaya önəm verən fakültələrə sahibdir. Hazırda həm bakalavr, həm də magistratura pillələrində bu universitetlərdə təhsil almaq mümkündür.
  • 3) Kanservatoriyalar və İncəsənət Universitetləri – Almaniyada bir sıra musiqi, film, dizayn və s. kimi incəsənət növlərini tədris edən ali məktəblər mövcuddur. Digərlərindən fərqli olaraq burada tələbələr yalnız qabiliyyət imtahanını keçərsə ali məktəbə qəbul olunurlar. Qəbulda əvvəldən hazırlanmış portfolio da əsas rol oynayır.
  • 4) Özəl Universitetlər – Dövlət universitetlərindən fərqli olaraq özəl universitetlər ödənişlidir və 2000 avrodan başlayan illik ödənişlərlə burada təhsil almaq mümkündür.

AIS Education sizə Almaniyanın ali təhsil muəssisələrində təklif etdiyi təhsilə bunlar daxildir :

Proqramlar:

  • — Hazırlıq (Foundation)
  • — Bakalavr
  • — Magistr
  • — Pre- master

Təhsil dili:

  • — Alman dili
  • — İngilis dili

Təhsil müddəti:

  • — Bakalavr: 4 il (1 il hazırlıq+ 3 il universitet)
  • — Magistr: 2 il


Universitetlərin siyahısı:

  • — Albert-LudwigsUniversität Freiburg
  • — Deutsches Herzzentrum Berlin
  • — Fachhochschule Südwestfalen
  • — Freie Universität Berlin
  • — Georg-August-Universität Göttingen
  • — Hochschule für Fernsehenund Film München
  • — Hochschule für Musik und Theater Hannover
  • — Hochschule Weihenstephan-Triesdorf, University of Applied Sciences
  • — Humboldt Universität zu Berlin
  • — Johann Wolfgang Goethe-Universität Frankfurt Am Main
  • — Technische Universität Dortmund
  • — Technische Universität Ilmenau
  • — Universität für Musik Köln
  • — Universität Hannover
  • — Universität Leipzig
  • — Johannes Gutenberg-Universität Mainz
  • — Karlsruhe Institute of Technology
  • — Ludwig-Maximilians-Universität München
  • — Nürtingen-Geislingen Universität
  • — Rheinische Friedrich-WilhelmsUniversität Bonn
  • — Ruprecht-Karls-Universität Heidelberg
  • — RWTH Aachen
  • — Technische Universität Berlin
  • — Technische Universität Braunschweig
  • — Technische Universität Clausthal
  • — Technische Universität Darmstadt
  • — Technische Universität Dresden
  • — Technische Universität München
  • — Universität Hamburg
  • — Universität Hohenheim