Suallarınız var?

+994 070 2886443 Email: aiseducation@aisinter.com

ABŞ-DA ORTA MƏKTƏBLƏR

Ali məktəblərdə olduğu kimi məktəblərdə də şagirdlər A/B/C/D/F – lə qiymətləndirilirlər. A – əla, F – qeyri-kafi, D isə bəzən kafi, bəzi hallarda isə qeyri-kafi ola bilir. F-dən başqa bütün qiymətlərə + və ya – əlavə edilə bilər. Bəzi məktəblərdə A+ və ya D- qiymətləri işlənmir. Bu qiymətlərdən orta qiymət çıxarılır(grade point average, GPA). Burada A – 4, B – 3 və s. bu cür ardıcıllıqla davam edir. İrəlidəki siniflər üçün verilən qiymətlərin üstünə isə çox vaxt xal əlavə edilir, A – 5 sayılır, bir sözlə qiymətlər artırılır.

Amerikada orta təhsilin bəzi problemlərinə baxmayaraq, ali təhsil dünyada ən yaxşı təhsil hesab olunur. Orada üç mindən çox müxtəlif ali təhsil məktəbləri var. 2001-ci ildə həmin təhsil müəssisələrində 17,5 milyon tələbə təhsil alırdı, onlardan 515 min nəfəri xarici tələbələr idi. Bu tələbələrin 60%-i Asiyadan gələnlər idi. Buna baxmayaraq, həm dövlət, həm də özəl universitetlərdə təhsil haqqı ilbəil artır. Harvardda ştat universitetlərində illik ödəniş 5 min dollardan 40 min dollaradək dəyişir. Hətta yoxsul tələbələrə yüksək stipendiya verilsə də onların ödədiyi təhsil haqqı ailə büdcələrinə böyük ziyan vurur. 2002-2003, 2003-2004-cü illərdə ştat məktəblərində təhsil haqqı 14%, özəllərdə 6% artmışdı, bu da həmin dövrdə inflyasiya səviyyəsindən yüksək idi.

ABŞ-da orta məktəb növləri aşağıdakılardır:

  •       — Dövlət Məktəbi ( Public High school)
  •       — Özəl Gündəlik məktəb (Private High school)
  •       — Özəl Bağli məktəb (Private Boarding school)

Dövlət məktəbi:

Amerikada orta və ya Ali təhsil aldığınız dövrdə siz, büdcənizə qənaət etmək üçün tələbə yataqxanalarında və ya öz evində sizə otaq icarə verməyə razı olacaq ailələrin birində məskunlaşa biləcəksiniz . Siz orada ailə üzvləri ilə gündəlik olaraq ünsiyyətə olacaqsınız, bu isə sizin ingilis dilinizi daha da təkmilləşməsinə zəmin yaradacaq. Məktəbdə ingilis dili, tarix, riyaziyyat kimi yalnız akademik fənnlər deyil, digər başqa maraqlı fənnləri də öyrənəcksiniz.

Orta məktəbi başa vurduqdan sonra beynəlxalq tələbələrə orta məktəb attestatı verilir.

Özəl məktəb :

Özəl məktəbin üstün cəhətlərindən müəllim heyətinin qeyri-adi yanaşmasını göstərmək olar. Bu növ məktəblərdə siz dərsdən sonra əlavə olaraq qalıb istədiyiniz fənndən əlavə tədrislər ala bilərsiniz


ABŞ-da orta məktəblərin siyahısı:

  • — Admiral Farragut Academy
  • — Besant Hill School
  • — Canterbury School
  • — Cate School
  • — Columbia Grammar and Preparatory School
  • — Dwight School
  • — Hawaii Preparatory Academy
  • — Hotchkiss School
  • — Interlochen Arts Academy
  • — Kent School
  • — Loomis Chaffee
  • — Lyndon Institute
  • — Miami Day School
  • — Phillips Academy Andover
  • — Pine Crest School
  • — Ross School
  • — Rumsey Hall School
  • — Salisbury School
  • — South Kent School
  • — St. Johnsbury Academy